Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
SOSİAL
10:04 16.05.2024
86
Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə AZXEBER.COM-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, məlumat sürət tablolarında "sürüşkən yol” işarəsi qoyulub.

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR