Zığ gölünə 2 milyon ayrıldı - SƏRƏNCAM

Zığ gölünə 2 milyon ayrıldı -  SƏRƏNCAM
SİYASƏT
00:16 16.10.2014
912

Prezident İlham Əliyev Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb 

Azərbaycan prezidenti İlham Əliyev Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

AZXEBER.COM məlumatına görə sərəncamda aşağıdakı göstərişlər verilib:

“1. Bakı şəhəri ərazisində yerləşən Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

 

OXŞAR XƏBƏRLƏR