Zibil atmaq üçün icazə tələb olunmur - Rəsmi

Zibil atmaq üçün icazə tələb olunmur - Rəsmi
SOSİAL
10:55 12.12.2020
2148
Daxili İşlər Nazirliyi dekabrın 14-dən etibarən tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

AZXEBER.COM xəbər verir ki, DİN Mətbuat Xidmətindən "Qafqazinfo”ya bildirilib ki, məişət tullantılarının atılması məqsədilə evdən çıxmağa icazə almaq tələb olunmur: "Lakin bu hüquqdan sui-istifadə edilməməli, vətəndaş məişət tullantısını atdıqdan dərhal sonra evinə qayıtmalıdır”.

Həmçinin, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır. 

"İcaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, 8103 nömrəsinə SMS göndərməklə və "E-Təbib” mobil tətbiqi vasitəsilə icazə alan şəxslərin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətinə icazə verilir. 
OXŞAR XƏBƏRLƏR