Zibillə işləyən avtobus - FOTO

DÜNYA
15:15 13.11.2012
2170
Türkiyə küçələrində zibillə işləyən avtobuslar peyda olacaq.
AZXEBER.COM-un "CNNTürk"ə istinadla verdiyi məlumata görə, Qaziantep bələdiyyəsi təbii qazla işləyən 80 ədəd avtobus alıb.Bu ictimai nəqliyyat növünü yanacaqla zibildən əldə edilən qaz təmin edəcək. Avtobusların mart ayından istifadəyə veriləcəyi nəzərdə tutulub.Qənaətçil avtobuslar əlillər üçün pandus, kondisioner və kamera ilə təhciz edilib. Şəhər bələdiyyəsi yaxın vaxtlarda daha 107 belə avtobus almağı planlaşdırdığını açıqlayıb.

OXŞAR XƏBƏRLƏR