Zığda evdə yanğın olub - Ölən var

SOSİAL
09:58 26.02.2025
270
Bakıda fərdi yaşayış evində yanğın olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fərdi evdə baş verib.

Yanğın zamanı psixi problemləri olan Ə.Əlməmmədov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR