"Zığ"dakı dəhşətli qəzada xanımı ilə birlikdə vəfat edən şəxsin - FOTOLARI

"Zığ"dakı dəhşətli qəzada xanımı ilə birlikdə vəfat edən şəxsin - FOTOLARI
SOSİAL
15:58 25.08.2022
6634

Ötən günZığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslər - Müşfiq Mustafayevlə Anargül Mustafayevin fotoları yayımlanıb.

AZXEBER.COM xəbər verir ki, qəza hadisəsi Zığ şosesində üzü şəhər istiqamətində baş vermişdi. Hadisə nəticəsində ər-arvad Müşfiq Mustafayevlə Anargül Mustafayev vəfat etmişdi.

Məlumata görə, Anargül Mustafayev Bakı şəhəri 267-saylı tam orta məktəbdə müəllimə kimi çalışırmış. Onun həyat yoldaşı Müşfiq Mustafayev isə Bakı Metropoliteninin əməkdaşı olub.

Mərhumların yas mərasimlərinin sabah keçiriləcəyi bildirilib.

AZXEBER.COM vəfat edən şəxslərin fotolarını təqdim edir:




OXŞAR XƏBƏRLƏR