Zidan dünyanın ən yaxşı baş məşqçisi seçildi

Zidan dünyanın ən yaxşı baş məşqçisi seçildi
İDMAN
15:23 04.08.2020
946
Fransanın "L Equipe" nəşri hazırkı məqamda dünyanın ən yaxşı baş məşqçisini seçib.

AZXEBER.COM-un məlumatına görə, Fransa qəzeti bu ada İspaniya "Real Madrid"inə başçılıq edən Zinəddin Zidanı layiq görüb.

Fransalı mütəxəssisi İngiltərənin "Liverpul" klubunun almaniyalı baş məşqçisi Yurgen Klopp izləyir. İlk "3-lüy"ü isə "Mançester Siti"nin sükanı arxasında olan Xosep Qvardiola tamamlayır.

Qeyd edək ki, "Real Madrid" 2019/2020 mövsümündə Zinəddin Zidanın rəhbərliyi altında La Liqanın qalibi olub. "Kral klubu" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda isə evdə "Mançester Siti"yə 1:2 hesabı ilə uduzub.
OXŞAR XƏBƏRLƏR