Madridin "Real” klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının final görüşündən öncə KİV nümayəndələrinin suallarını cavablayıb.
Zidan komandasını favorit görənlərlə razılaşmadığını və şansların bərabər olduğunu diqqətə çatdırıb:
"Finala çıxmaq asan olmadı. Yenə Çempionlar Liqasının həlledici görüşündə oynayacağımız üçün hədsiz sevinc içindəyik. Ronaldu? O belə matçlar üçün, belə görüşlərdə iştirak etmək üçün yaşayır. Kriştianu tamamilə sağlamdır və oynamağa hazırdır.
Hesab etmirəm ki, "Real" bu görüşün favoritidir. "Liverpul” kimi şanslarımız 50/50-dir. Finalda konkret favorit olmur, şanslar bərabərdir.
Yürqen Klopla müqayisə olunmağım? Mən oyunçu kimi daha yaxşı olmuşam. Məşqçi kimi isə... Bütün məşqçilər fərqlidir, Klopa çox hörmətim var”.
Qeyd edək ki, "Liverpul” – "Real” görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.
///Oxu.Az