İspaniyanın "Real" klubu Zinəddin Zidana yeni iş verib.
ANS PRESS-in məlumatına görə, Madrid klubunun əsas komandasında köməkçi-məşqçi işləyən əfsanə bundan sonra ikinci heyətdə çalışacaq. Belə ki, Zidan "Real Madrid Kastilla"nın baş məşqçisi təyin olunub.
"Real" bununla bağlı rəsmi açıqlama yayıb.