İspaniya La Liqasının 36-cı turunda səfərdə əzəli rəqibi "Barselona" ilə heç-heçə edən (2:2) "Real"ın hücumçusu Kriştiano Ronaldo matçın fasiləsində əvəzlənib.
"Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan portuqaliyalı futbolçunu əvəzləməsinin səbəbini açıqlayıb. O, oyunsonrası mətbuat konfransında Ronaldonun qol vurduğu epizodda zədələndiyini, məhz buna görə onu fasilədə əvəzləmək qərarına gəldiyini deyib:
"Bəli, Ronaldo qol vurduğu epizodda zədələndi. Düşünürəm ki, onun ciddi bir şeyi yoxdu. Sabah (bu gün) tibbi müayinədən keçəcək və bundan sonra vəziyyətinə tam aydınlıq gələcək".
Xatırladaq ki, Ronaldo "Nou Kamp"da keçirilən "el klassiko"da komandasının bir qoluna imza atıb.
///komanda.az