Zidana fantastik təklif: ildə 50 milyon maaş

Zidana fantastik təklif: ildə 50 milyon maaş
İDMAN
17:55 01.06.2018
11034
"Real”dan istefa verən Zinəddin Zidan Qətər milli komandasının baş məşqçisi təyin edilə bilər.

Bu barədə Misirin ən zəngin iş adamlarından hesab olunan Nagib Saviris öz "Twitter" hesabında yazıb.

Misirli oliqarx bildirib ki, fransalı mütəxəssis Qətər Futbol Federasiyasından əla təklif alıb: "Zidan "DÇ-2022" üçün Qətər millisinin baş məşqçisi olacaq. Buna görə 4 ildə ona hər il 50 milyon avro pul ödəniləcək. Pul hər şeyi həll edir?”.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR