Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırılıb

Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırılıb
İDMAN
17:04 03.10.2025
124
Futbol əfsanəsi Zinəddin Zidanın oğlu Luka Zidan ilk dəfə Əlcəzair millisinin heyətinə çağırılıb.

AZXEBER.COM xəbər verir ki, 27 yaşlı qapıçı 2014–2018-ci illərdə Fransanın aşağı yaş qruplarında çıxış edib. Bu ilin sentyabrında isə idman vətəndaşlığını dəyişərək atasının vətənini – Əlcəzairi seçib.

Qeyd edək ki, L.Zidan Afrika Millətlər Kubokunun seçmə mərhələsində Somali və Uqandaya qarşı oynaya bilər.
OXŞAR XƏBƏRLƏR