"Zirə" azarkeşlər üçün avtobus ayırdı

"Zirə" azarkeşlər üçün avtobus ayırdı
İDMAN
19:38 20.07.2022
354
"Zirə" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı keçirəcəyi ilk oyunu izləmək istəyən azarkeşlərə nəqliyyat vasitəsi ayırıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, avtomobil 21 iyul saat 18:00-dan 19:00-a qədər metronun Koroğlu stansiyasından (piramindanın arxasından) "Dalğa Arena”ya avtobuslar yola düşəcək.

Qeyd edək ki, matç saat 20:00-da başlanacaq.
OXŞAR XƏBƏRLƏR