"Zirə" bu gün Konfrans Liqasına vəsiqə qazana bilər

"Zirə" bu gün Konfrans Liqasına vəsiqə qazana bilər
İDMAN
16:12 04.05.2022
379

Ölkəmizi avrokuboklarda təmsil edəcək daha bir komandanın adı bu gün dəqiqləşə bilər.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qəbələ"ni qəbul edəcək "Zirə" qalib gəlsə, ən azı 4-cü yeri özü üçün təmin edəcək və bununla da Rəşad Sadıqovun komandası Konfrans Liqasında iştirak hüququ qazanacaq.

Oyun saat 17:45-də başlayacaq.

 

"Zirə" indiyədək bir dəfə avrokuboklarda mübarizə aparıb. Paytaxt təmsilçisi 2017-2018 mövsümündə - Ayxan Abbasovun baş məşqçiliyi ilə ölkəmizi Avropa Liqasında təmsil edib. Komanda ilk mərhələni keçsə də, 2-ci raundda uduzaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, artıq yeni mövsüm üçün "Neftçi" Konfrans Liqasına, "Qarabağ" isə Çempionlar Liqasına vəsiqə təmin edib.

OXŞAR XƏBƏRLƏR