“Zirə” – “Neftçi” oyununda qalib müəyyənləşmədi

“Zirə” – “Neftçi” oyununda qalib müəyyənləşmədi
İDMAN
21:39 17.04.2026
734
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Zirə"nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə bitib.

Bu nəticədən sonra "qartallar” 45 xalla 4-cü, "ağ-qaralar" isə 44 xalla 5-ci yerdədir.

Turun açılış oyununda "Turan Tovuz” "Araz-Naxçıvan”a 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, XXVIII tura aprelin 19-da yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR