Zirə sakininin meyiti evinin həyətində quyuda tapılıb

Zirə sakininin meyiti evinin həyətində quyuda tapılıb
HADİSƏ
12:07 29.03.2026
167
Paytaxtın Xəzər rayonunda quyuda meyit tapılıb.

AZXEBER.COM xəbər verir ki, hadisə ötən gün rayonun Zirə qəsəbəsində baş verib.

Qəsəbə sakini 1975-ci il təvəllüdlü Sərvər Cabbarzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin həyətindəki quyuda tapılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR