“Zirə”nin baş məşqçisi istefa verdi

“Zirə”nin baş məşqçisi istefa verdi
İDMAN
11:46 29.08.2018
4299
Xəbər verdiyimiz kimi, "Zirə"nin baş məşqçisi Ayxan Abbasov istefa verib. Çalışdırıcı son zamanlar qeydə alınan uğursuz nəticələri əsas gətirərək, öz istəyi ilə komandadan gedib.

AZXEBER.COM Futbolpress.az-a istinadən xəbər verir ki, "Zirə"nin yeni baş məşqçisi Samir Abasov olacaq.

Abasov son olaraq "Sumqayıt"ı çalışdırıb və ötən mövsümün bitməsi ilə bu komandadan ayrılıb.
 
* * * 
 
Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk baş məşqçi istefası gerçəkləşib.

AZXEBER.COM xəbər verir ki, Ayxan Abbasov öz istəyi ilə "Zirə”dən ayrılıb. Klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib.
 
Klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

OXŞAR XƏBƏRLƏR