"Zirvə görüşü koronavirusa qarşı mübarizədə beynəlxalq birliyə və həmrəyliyə mühüm töhfədir"

"Zirvə görüşü koronavirusa qarşı mübarizədə beynəlxalq birliyə və həmrəyliyə mühüm töhfədir"
SİYASƏT
17:05 05.05.2020
936
Mayın 4-də Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas qrupunun videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu şəxslərin qatıldığı videokonfransda əsas mövzu pandemiyaya qarşı birgə mübarizə aparmaq və beynəlxalq səyləri gücləndirməkdən ibarət idi. Məhz belə bir mötəbər tədbirin Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin dünyada artan rolundan xəbər verir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Zirvə görüşünün dünya mətbuatının da diqqətini cəlb etdiyini deyən Müşfiq Cəfərov qeyd edib ki, tədbir xüsusilə İran, Misir və Rumıniya mediasında geniş işıqlandırılıb.

O deyib: "Prezident İlham Əliyev görüşdə bildirdi ki, koronavirus pandemiyası dövründə Azərbaycan hökumətinin əsas fəaliyyəti xalqın sağlamlığının qorunması və sosial təminatının yaxşılaşdırılmasına yönəlib. Bu cür videokonfrans belə bir çətin dövrdə Prezident İlham Əliyevin təşkil etdiyi ikinci görüşdür. Dövlətimizin başçısı daha öncə, aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının pandemiyaya həsr olunmuş Zirvə görüşünü təşkil etmişdi. Təmas qrupu formatında baş tutan və 4 qitədə yerləşən ölkələrin iştirakı ilə təmsilçilik prinsipi əsasında təşkil edilən ötəngünkü videokonfransda pandemiya və postpandemiya dövründəki problemlər və həmin problemlərin həlli ilə bağlı məsələlərə diqqət yetirildi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın vacibliyini vurğuladı. Hesab edirəm ki, bu videokonfrans beynəlxalq miqyasda koronavirusa qarşı mübarizədə birliyə və həmrəyliyə mühüm töhfədir”, – deyə M.Cəfərov bildirib.

Deputat qeyd edib ki, məhz 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə görüşündə təşkilatın üçillik sədrliyinin Azərbaycan Respublikasının Prezidentinə həvalə edilməsi dünya dövlətlərinin ölkəmizə olan böyük inam və etimadından irəli gəlir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib