Zirvə görüşü: Türk dünyasının sarsılmaz birliyi

Zirvə görüşü: Türk dünyasının sarsılmaz birliyi
SİYASƏT
12:07 27.03.2023
516
Qardaş, dost ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı dövlətlərarası, eləcə də regionun ümumi tərəqqisində, sabitliyin, sülh və əmin-amanlığın bərqərar olmasında əhəmiyyət kəsb edir. Bu bütün sahələri - siyasi, iqtisadi, enerji, nəqliyyat və s. əhatə edir. Müasir dövrümüzdə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli mühüm layihələr icra olunur. Bir-birinin ardinca həyata keçirilən tədbirlər, imzalanan müqavilələr qarşılıqlı münasibətlərdə mövcud təməli daha da möhkəmləndirib. Təbii ki, ikitərəfli münasibətlər, qardaş ölkələrin strateji müttəfiqlər kimi regionda yaratdıqları tarixi reallıqlar sülhə, təhlükəsizliyin qorunmasına töhfəsini verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin daha bir nümunəsidir. Məlumdur ki, Zirvə görüşünün  Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Amma Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən zəlzələdən sonra "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi bir platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkərək, regionda mövcud çağırışlarla bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ bütün Türk dünyasını dərindən sarsıtdı və qardaş Azərbaycan ilk gündən onun yanında oldu. Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı İlham Əliyev Azərbaycan hökuməti və xalqının zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olundugunu iştirakçıların diqqətinə çatdırıb: "Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib”. 45 milyon ABŞ dollarından artıq vəsaitin AFAD və digər humanitar qurumların bank hesabına köçürülməsi, 5320 ton humanitar yardımın  çatdırılması ölkəmizin qardaş dediyi Türkiyənin yanında olmasını bir daha təsdiqləyir.
 
Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qoyulmuş dostluq və qardaşlıq münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan Azərbaycan və Türkiyə arasında əlaqələr 44 günlük Vətən müharibəsinin ilk günündən sonuna qədər "Can Azərbaycan” deyib, yanımızdan bir an belə kənarlaşmayan qardaş Türkiyənin  mənəvi, siyasi dəstəyi ilə bir daha    özünü təsdiqləmiş oldu. "Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi”, - deyə dövlət başçımız bildirib.

2021-ci ilin iyulun 15-də Qars müqaviləsindən 100 il sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada Bəyannamənin imzalanması iki qardaş ölkənin müttəfiqliyinin rəsmi təminatı oldu. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd tarixi əhəmiyyət kəsb edir.

Dövlət başçımız çıxışında Ermənistanın torpaqlarımızı 30 illik işğalı dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrimizin, qəbiristanlıqlarımızın Ermənistan tərəfindən məqsədli şəkildə dağıdıldığını bildirib. Yerlə-yeksan edilən Ağdam şəhərinin xarici ekspertlər tərəfindən "Qafqazın Hirosiması” adlandırıldığını qeyd edib.  "Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub”, – deyə Prezident diqqətə çatdırıb.  Azərbaycan Prezidenti Zirvə görüşündə iştirak edən dövlət başçıları ilə yanaşı, beynəlxalq birliyin diqqətinə bir daha onu da çatdırıb  ki, 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozan Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyin icrasından da yayınır. Ermənistan indiyədək Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və əksəriyyəti işgəncələr altında qətlə yetirilmiş 4 minə yaxın vətəndaşımızın taleyi ilə bağlı məlumatı təqdim etməyib.

Azərbaycan tarixi Zəfərindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış” proqramının icrasına başlanılıb. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. "Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib”, - deyə Prezident bildirib.

Türk dünyasının birliyini və gücünü təcəssüm etdirən, qardaş ölkələrinin daha çox yaxınlaşmasına xidmət edən Zirvə görüşü Türk dünyasının bütöv və güclü olduğunu bir daha göstərmiş oldu.
                                                 
Natəvan Əsədova, riyaziyyat üzrə fəlsəfə doktoru

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi