Dağların qoynuna ana kimi sığınan Kəlbəcər səriştəsiz hakimiyyətin, kreslo davasının, xəyanətlərin, kobud siyasi səhvlərin qurbanına çevrildi. Digər bölgələrimiz kimi Şuşa, Laçın və Kəlbəcərin işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. Bu cütlük nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı, Laçını və Kəlbəcəri demək olar ki, ermənilərə təhvil verdilər.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Kəlbərəcərə səfəri zamanı etdiyi çıxışlarda yaxın tariximizin mühüm məqamlarına da toxunur, qəhrəmanlıq tariximizlə yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin, kobud siyasi səhvlərin də unudulmamasına çalışır.
Zaman –zaman Kəlbəcər ədəbi mühitində Murovun əzəmətindən, onun ram edilməyən təbiətindən , sərt obrazından bəhs edən bir bayatı forması vardı:
Əzizim , Murov səndən.
Getməz qar, qırov səndən.
Yüz il ovçuluq etdim
Almadım bir ov səndən.
Amma xəyanət nəticəsində Murov talançı çaqqallarla, hiyləgər tülkülərlə dolmuşdu. Xalq əzəli torpaqlarına qayıtmasını, o firavan günləri təkrar yaşamasını bir xəyal hesab edirdi. Ancaq , ulu Yaradana şükürlər olsun ki, əsası Ulu Öndər tərəfindən qoyulan müstəqil Azərbaycan torpağının proqramatik düşüncəli, dünyanın ən uzaqgörən siyasətçisi Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev kimi lideri varmış. 27 sentyabr Vətən müdafiəsinə qalxan, parlaq siyasəti, uzaqgrənliyi, natiqliyi, dünyagörüşü ilə dünyanı heyrətə gətirən, ata nəsiətini ən vacib şərt bilən etibarlı oğul bu qələbəni bizlərə yaşatdı.
Bir birinin ardınca azad edilmiş torpaqlarda səfərlərdə olan Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın mübarək qədəmləri bu günlərdə Kəlbəcər- Laşın rayonlarında da olması xalqda olan Vətən məhəbbətini, əzəli -əbədi torpaqlarda yaşamaq ümidini daha da artırmışdı.
Gözün aydın olsun, ay ulu Murov. Üstündən cənnətməkan Kəlbəcərə ən möhtəbər qonaqlar gedir. Həm də gələcək firavan həyatının qarantı olan möhtəbər qərarlarla, tapşırıqlarla , layihələrlə gedir.
Səfərlər zamanı Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verir.
Hələ Daşkəsənə və Goranboya son səfərləri zamanı Prezident İlham Əliyev Kəlbəcərə yolu asanlaşdıracaq layihələr barədə də məlumat vermişdi.
Səfər həm erməni faşizminin və hamilərinin ifşası, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyinin ifadə olunması, həm də Zəngəzur dəhlizi, məskunlaşdırma və quruculuq işləri ilə bağlı aydın mesajlarla yadda qaldı.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə "Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi.
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Çətin relyef şəraitinə baxmayaraq yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Vaxtı ilə dünyanın ən tanınmış istirahət bölgəsi olan müalicəvi əhəmiyyətli "İstisu” sanatoriyası da erməni vandalları tərəfindən darmadağın edilmişdir. Prezident İlham Əliyev səfər zamanı İstisu sanatoriyasının mövcud durumu ilə də tanış olub, "İstisu”ya öz əvvəlki şöhrətini qaytarmağı qarşıda duran vəzifələrdən biri kimi qeyd edib.
Onun Kəlbəcərin füsunkar təbiətini, meşələrini , çaylarını, dağlarını qürurla seyr edərək "Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq.”- söyləməsi hər birimizdə qürur və baş ucalığı hissi yaradır. Hər gün çiçəklənən azad və bütöv Azərbaycanın azad olunmuş ərazilərində su elektrik stansiyalarının sayı tədricən təxminən 20-yə çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji” zonası kimi yaşayacaq.
Bütün Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yollarının xüsusi əhəmiyyətini dərindən bilən Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini də qoydu.
Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək Laçın-Kəlbəcər hava limanı da böyük əhəmiyyətə malikdir; Aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq, hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir, aeroport logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək, Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulan Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.
Aeroportdan Laçın şəhərinə məsafə 30 kilometr, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çox, Şuşa şəhərinə məsafə isə 70 kilometrə yaxındır. Beləliklə, azad edilmiş bölgələrin Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq.
Bütün bu və başqa uğurları işıqlandıran zaman tarixi adlara, toponimlərə diqqətlə fikir verməyi KİV nümayəndələri və elm və nəşriyyat adamları qarşısında ümdə vəzifə kimi qoyan hörmətli prezidentimiz dərsliklərdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməsini, gələcək nəsillərin bunu bilməsini, o cümlədən erməni vəhşiliyini unutmamağı qarşımızda müqəddəs vəzifə kimi qoydu.
Bizə sevinc, qürur hissi yaşadan bu qələbə Erməni ordusunu "yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoydu, Erməni əsgərinin "cəsur” olması və istənilən müharibədə qalib gələ bilməsi haqda mifi darmadağın etdi, Azərbaycanlıların öz torpaqları uğrunda vuruşmayacağı, vəziyyətlə barışdıqları haqda mifi dağıtdı, Erməni "sərkərdələri” ilə bağlı mif dağıdıldı, biz özümüzə, kökümüzə, adət-ənənəmizə, qürurumuza qayıtdıq.
İllər ötəcək . Prezidentimizin ağlı və siyasəti, qazilərimizin itirilmiş can sağlığı, şəhidlərimizin qanı bahasına alınan Azərbaycan torpaqlarında rahat, firavan, şən insanlar yaşayacaqlar. Erməni öz xislətindən heç vaxt əl çəkməyəcək. Və fürsət düşsə istifadə etməyə can atacaq. Ona görə unutmayın ki;
Bu qələbə asan gəlmədi başa.
Bir şanlı tarixə döndü olanlar;
Nişanlı gözləyən gözəl sonalar,
Oğul toylarına həsrət analar,
Şəhid xəbərinə oynadı qoşa.
Bu qələbə asan gəlmədi başa.
Yaralı dostunu atmadı darda.
Qalxdı zirvələrə boranda,qarda.
Üzbəüz döyüş də oldu arada.
Birlik ordumuzu gətirdi cuşa.
Bu qələbə asan gəlmədi başa.
Körpəsinə məzar qazdı əliylə
Oğlunu döyüşə yazdı diliylə.
Qurbanlar kəsildi şəhid ünüylə
Çox arzu-istəklər toxundu daşa.
Bu qələbə asan gəlmədi başa.
Füzuli, Cəbrayıl,Qubadlı başda.
Zəngilan ,Xocalı ,Xocavənd Şuşa.
Ağdam, Kəlbəcər Laçınla qoşa.
Baxdınmı sevincdən axan göz yaşa ?!
Bu qələbə asan gəlmədi başa.
Çox keçdi həsrətlə fəsillər, aylar.
Polad biləklərdə sıxıldı yaylar.
"İti qovan kimi” qovuldu haylar.
Ali Baş Komandan gəldi alqışa.
Bu qələbə asan gəlmədi başa.
Unutma zəfəri yenilməz millət.
Bəd niyyət düşməndə bəd olur xislət
Qoy çatsın dünyaya əsl həqiqət.
Yazılsın biryolluq qanla yaddaşa.
Bu qələbə asan gəlmədi başa.
Şükr olsun Allaha ,daddıq sevinci.
Qarabağ dünyada nadir bir inci.
Bu bəla , bu kədər olsun sonuncu.
Yaşa, Prezidentim, Seni min yaşa!
Sənki qələbəni gətirdin başa!
Adil Həmid, şair- publisist