Ziya Bünyadov prospektində qəza: yolda tıxac yarandı

Ziya Bünyadov prospektində qəza: yolda tıxac yarandı
SOSİAL
14:40 22.07.2019
3542
Bakının əsas prospektlərinin birində qəza baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə bir qədər əvvəl Ziya Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb. "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan "Chevrolet" və "Mercedes" avtomobilləri arasında baş vermiş qəza yolda sıxlıq yaradıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, hadisə səbəbindən qeyd olunan yolda tıxac var.
OXŞAR XƏBƏRLƏR