Ziya Məmmədov: "Bəsdirin, məni bezdirdiniz, hamı məndən yazır, yorulmuşam artıq"

SOSİAL
13:38 19.04.2016
7120
Məlum olduğu kimi, aparılan islahatlar nəticəsində Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətləri azaldılıb, nazirliyin tabeliyindəki bir neçə əhəmiyyətli qurum alınaraq, müxtəlif dövlət orqanlarının sərəncamına verilib.
Bu və ya digər məsələlərlə bağlı unikal.org-un əməkdaşı Ziya Məmmədovdan açıqlama almaq istəyib.
Lakin nazir telefonda jurnalistə bu formada cavab verib: "Bəsdirin, məni bezdirdiniz. Abrınız, həyanız olsun. Bir açıqlama verən kimi bütün mətbuat məndən yazır. Yorulmuşam artıq”.

OXŞAR XƏBƏRLƏR