Ziya Məmmədov NİİM-ə yeni baş direktor gətirdi - TƏYİNAT

SİYASƏT
13:13 20.08.2015
1772

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni baş direktor təyin olunub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Nəqliyyat Naziri Ziya Məmmədovun 17 avqust 2015-ci ilə tarixli əmri ilə Rüfət İmanov Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru təyin olunub.

Nazirin daha öncə imzaladığı əmrlə isə NİİM-in keçmiş baş direktoru Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.İmanov bundan əvvəl NİİM-də İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR