Bir neçə gün əvvəl Quba rayonu ərazisində, bir hissəsi çökən Quruçay körpüsünün yerində yeni körpü tikiləcək.
Bu barədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Nazir bölgələrdəki digər körpülərin təmiri və tikintisi ilə bağlı məsələlərə də aydınlıq gətirib: “Qubada iş aparılır, yeni körpü layihəsi hazırlanır və yəqin ki, biz onu tamamlayacağıq. Mən “Azəryolservis”ə tapşırıq da vermişəm. Körpüləri yenidən inşa edəndə əksər hallarda nəqliyyat intensivliyini, bölgələri nəzərə alaraq təxminən 50-100 ilə bunları kökləyirik və dörd cərgəli körpülər inşa edirik”.