Ziya Məmmədovun gedişi onun yaxın ətrafını qorxuya salıb: "Onları da eyni aqibət gözləyir"

Ziya Məmmədovun gedişi onun yaxın ətrafını qorxuya salıb: "Onları da eyni aqibət gözləyir"
SOSİAL
15:37 15.02.2017
9234
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib.
 
İki nazirliyin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Prezidentin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Hələ ötən ildən Nəqliyyat Nazirliyinin bir çox səlahiyyətləri alınmışdı. O, zamandan nazirliyin ləğv olunacağı və ya digər nazirliyə birləşdiriləcəyi haqqında məlumatlar yayılırdı. Əslində bu sərəncam heç də gözlənilməz olmadı.
 
Ancaq Nəqliyyat Nazirliyi ləğv eidldikdən sonra Ziya Məmmədovun yeni yaradılacaq nazirliyə rəhbər təyin olunacağı gözlənilirdi. Sabiq nazirin bu ümidləri də suya düşdü. Bir müddət öncə Ziya Məmmədovun sahibi olduğu "Garant Holding”in də daşınmaz əmlaklarının satışa çıxırıldığı haqqında informasiyalar yayıldı. Artıq Məmmədovların "biznes imperiyası” tənəzzül dövrünü yaşayırdı. Ziya Məmmədov artıq nazir deyil və demək olar ki, heç bir təsir imkanları qalmayıb.
 
Bu baxımdan Nəqliyyat Nazirliyinin ləğv olunması təkcə Ziya Məmmədovun işsiz qalması anlamına gəlməyəcək. Yaxın günlərdə Ziya Məmmədovun "kurasiyasında” olan icra başçıları da vəzifələrindən kənarlaşdırılacaq. Çünki, Ziya Məmmədov artıq öz icra başçılarını qorumaq gücündə deyil. Görünən odur ki, ilk hədəfə gələn rayon rəhbərləri də məhz Ziya Məmmədovun nəzarətində olan icra başçıları olacaq.
 
Vəzifədən kənarlaşdırılacaq icra başçılarını isə hansı aqibətin gözlədiyi sual altındadır. Çünki, Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Departamentinin apardığı yoxlamalar zamanı bir çox rayon İcra hakimiyyətlərində yeyinti hallarına rast gəlinib və bununla bağlı aidiyyatı dövlət qurumlarına rəsmi hesabatlar göndərilib. Bu baxımdan işdən çıxarılacaq icra başçılarını cəza gözləyir.
 
Nəqliyyat Nazirliyinin ləğv olunmasından sonra kimlərin hədəfə gələcəyi isə yaxın zamanda bəlli olacaq. Nəzərə alsaq ki, təkcə Nəqliyyat Nazirliyi deyil, bir neçə nazirliyin birləşdirilməsi məsələsi hələ də gündəmdədir, digər nazirlərin də Ziya Məmmədovun aqibətinin gözləməsi istisna edilmir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
Müşahidə Şurasında Muxtar Babayev də olacaq
13:37 12.08.2025
Müşahidə Şurasında Muxtar Babayev də olacaq