Ziya Məmmədovun qohumuna pul “atan” şəxsə ağır cəza

Ziya Məmmədovun qohumuna pul “atan” şəxsə ağır cəza
SOSİAL
12:19 31.01.2018
1173
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sənan Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AZXEBER.COM-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, S.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sənan Cəfərov 30 nömrəli marşrut xəttinə nəzarət edib. Məlumata görə, S.Cəfərov marşrut xəttinə nəzarət edən "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib. Rövşən Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.

R.Məmmədov Sənan Cəfərovun gələn gəlirləri mənimsədiyindən şübhələnərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

Hətta 30 nömrəli marşrut xəttində çalışan 57 sürücü əmək haqqının verilməməsiylə bağlı aksiya keçirmişdi.

Bundan sonra Sənan Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Mənimsənilən məbləğin 100 min manatdan çox olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR