"Ziya Məmmədovun sabiq müşavirinin 40 milyon dollarlıq əmlakı var"

"Ziya Məmmədovun sabiq müşavirinin 40 milyon dollarlıq əmlakı var"
SOSİAL
16:35 21.02.2017
969

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Əhmədov ifadə verib. 

O bildirib ki, oxşar hadisə əvvəl də baş verib: "Əvvəl də mənə qabla dolu brilliant verib. Saxlamışam, sonra gətirib özlərinə vermişəm. Ancaq Çingiz Baxşıyev iddia elədi ki, brilliantlar ona verilməyib. Aydınlaşdırandan sonra isə yadına düşdü ki, brilliantları qaytarmışam". 

R.Əhmədov qeyd edib ki, qızılları mənimsəməyib və Ç.Baxşıyevə verib: "Qızılları Çingiz Baxşıyevin qızına verəndən 2 ay sonra məni çağırıb dedi ki, qızıllar oğurlanıb. Guya qablarda qızıllar yoxdur. Çingiz Baxşıyevin yoldaşı məni qızılları oğurlamaqda təqsirləndirdi. 12 ildir, Çingiz Baxşıyevin pullarını saxlayıram. Ancaq bir dəfə də olsun, problem olmayıb". 

R.Əhmədov böhtana məruz qaldığını iddia edib: "Qabların üzərində barmaq izlərini yox elədilər. Qızılları mənə necə veribsə, elə də özünə qaytarmışam. Mənə indiyə kimi 40 milyon dollar dəyərində pul əmanət edib və saxlamışam. Bəs bunları niyə mənimsəməmişəm? Onun 1 milyard dollarlıq əmlakı var. Mən bunu sənədlərlə sübut edə bilərəm". 

R.Əhmədov iddia edib ki, Ç.Baxşıyevin ona böhtan atmasına səbəb narkotik ticarətinə görə aralarında yaranan münaqişə olub: "Mənə dedi ki, İrandan, Qırğızıstandan ət gətirəcək. Amma sonradan mənə məlum oldu ki, Ç.Baxşıyev ət yox, narkotik gətirmək istəyib. Mən bunu biləndə etiraz etdim və bu da onun xətrinə dəydi. Sonra bizim aramızda bir neçə dəfə münaqişə yaranıb. Çingiz Baxşıyev də mənə böhtan atıb, tutdurdu".  

 

Proses fevralın 1-də davam etdiriləcək. 

Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib. 

Məhkəmə etirazı təmin edib və hakim Rasim Sadıxov sədrlikdən kənarlaşdırılıb. 
 
Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.


//APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
Müşahidə Şurasında Muxtar Babayev də olacaq
13:37 12.08.2025
Müşahidə Şurasında Muxtar Babayev də olacaq