Ziyafət Əsgərov jurnalistlərin ortaq yayımına qoşuldu - VİDEO

Ziyafət Əsgərov jurnalistlərin ortaq yayımına qoşuldu - VİDEO
SİYASƏT
12:16 06.03.2026
358
Ötən gün Azərbaycanın tanınmış jurnalistləri və Türkiyənin tanınmış media rəhbərləri ilə ortaq yayım həyata keçirilib. 

Manset.az xəbər verir ki, bir neçə gündür İranda baş verən hadisələr fonunda sosial mediada yaradılan "Gündəm müzakirəsi" layihəsi "Azxəbər.com" xəbər saytının baş redaktoru Hacıbəy Heydərli, "Manşet.az" xəbər portalının baş redaktoru Əli Vəliyev və "Time Media Haber"in rəhbəri Ali Kanın iştirakı ilə həyata keçirilir. Bununla yanaşı qonaq qismində "Azxəbər.com" saytının direktoru Əfsələddin Ağalarov, "Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı, tanınmış jurnalist Elvin Basqallı və bir sıra siyasətçilər, ictimai xadimlər, tanınmış ekspertlər müzakirələrə qoşularaq öz fikirlərini, şərhlərini və mülahizələrini irəli sürürlər. 

"TikTok" platformasında böyük kanalları olan Əli Vəliyev və Hacıbəy Heydərli, eyni zamanda "Time Media Haber"in rəhbəri Ali Kanın iştirakı ilə gündəmə dair məsələlər müzakirə olunur. Ötən gecə İranın Naxçıvana hücumunun həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı canlı yayımda Manset.az-ın baş redaktoru Əli Vəliyev Milli Məclisin sədr müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova zəng edib. Z.Əsgərov canlı yayıma qoşularaq İranın Naxçıvana dron hücumu və bir sıra digər məsələlərlə bağlı şərh verib. Sosial platformada ilk dəfə canlı yayıma qoşulan komitə sədrinin bu addımı  izləyicilər tərəfindən yüksək rəğbətlə qarşılanıb: 

"İranın bu dron hücumu mülki obyektlərə yönəlib. Həmin ərazilərdə xarici ölkənin hərbi bazası yoxdur. Bəs nəyə görə Azərbaycana qarşı belə bir terror aktı törədilir?! Azərbaycan dəfələrlə qeyd edib ki, biz öz ölkəmizdə İrana qarşı üçüncü dövlətin İrana qarşı mübarizə aparmasına yol verməyəcəyik. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. İranın mövqeyindən asılı olmayaraq... Qonşularla konfliktdə olmaq bizim milli maraqlarımıza uyğun deyil, bizə bu lazım deyil. İranın məqsədi müharibənin coğrafiyasını genişləndirmək, Azərbaycan və Türkiyəni də müharibəyə cəlb etmək və nəticə etibarı ilə aranı qarışdırmaqdır". 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
01:17 07.03.2026
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
00:39 07.03.2026
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı