Ziyarətgahlar: nəzir pulları hara xərclənir?

Ziyarətgahlar: nəzir pulları hara xərclənir?
MARAQLI
14:33 06.08.2011
896


Qeyd edək ki, əhalinin xüsusi maraq göstərdiyi, mütəmadi olaraq ziyarət etdiyi 50 ziyarətgah var ki, onlardan da 10-a yaxını Abşeron yarımadasında yerləşir. Bunlar xalq arasında Mirmövsüm ağa kimi tanınmış Ağa Seyid Əli Mirmövsümzadənin vaxtilə İçərişəhərdə yaşadığı evi və sonradan dəfn olunduğu Şüvəlan qəsəbə qəbiristanlığında olan məzarı, Əli Qədəmgahı, Rəhimə xanımın adı ilə bağlı Nardaran piri, Mərdəkandakı Pir Həsən türbəsi, Maştağadakı Seyid İbad Ağa ocağı və Aqil Baba adı ilə tanınan Seyid Kamil Ağa türbəsi, eləcə də Bibiheybət məscididir. Hər gün bu obyektləri ümumilikdə minlərlə insan ziyarət edir. Kimlərsə hansısa arzusuna çatmaq niyyəti ilə, bəziləri düçar olduğu xəstəliyə şəfa tapmaq məqsədi ilə, bir qisim insanlar isə, sadəcə, ziyarət üçün yollarını bu məkanlardan salırlar.

İnanaq, yoxsa inanmayaq?

Sirr deyil ki, 9 milyonluq xalqın heç də hamısı ziyarətgahlara getmir. İnsanların bir qismi müqəddəs ocaqlara ürəkdən inansa da, bir qisim insanlar Allahdan yüksəkdə heç kimin dayanmadığını əsas gətirərək ziyarətgahlara baş çəkməyi lazım bilmir. Onların qənaətincə, ziyarətgaha gedib oradakı nəzir qutusuna pul atmaqdansa, həmin pulu küçələrdə addımbaşı qabağımıza çıxan və dilənçilik edən qocalara, əlillərə vermək daha savabdır.

Din xadimləri isə hesab edirlər ki, ziyarətgahlaha üz tutmaqda qəbahətli bir şey yoxdur. Məsələn, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay deyir ki, müsəlmanların müqəddəs kitabı olan "Qurani-Kərim"də Allaha vasitələrlə yaxınlaşmanı əks etdirən ayə var. Yəni seyidlər, imamlar Allaha yaxın bəndələr olduğundan onların qəbrini ziyarət etmək, adlarına nəzir vermək və bununla da Allaha yaxınlaşmaq normal haldır. Sadəcə, ziyarətgahlarda hansısa seyidə, məsələn, Mir Mövsüm Ağaya yox, Allaha dua etmək, Allahdan nə isə istəmək lazımdır və bunu seyid övladını vasitəçi tutmaqla, onun xətrinə etmək olar.

Gəlir hara gedir?

Ziyarətgahlarda nəzir qutularına yığılan pulların necə xərclənməsi həmişə müzakirə obyekti olub. Başqasının pulunu saymaq eyib hesab edilsə də, yığılmış vəsait sadə vətəndaşlara məxsus olduğundan həmin pulların sonrakı taleyi maraq doğurur. Baxmayaraq ki, nəzir verənlər hesab edir ki, onların işi qutulara pul atmaqdır, əgər sonradan bu pulu kimlərsə mənimsəyirsə və yaxud təyinatı üzrə xərcləmirsə, bunu artıq insanların vicdanına buraxmaq lazımdır.

Müşahidələr göstərir ki, bütün ziyarətgahlara insan axını eyni səviyyədə deyil. Əhali daha çox Mir Mövsüm ağa ziyarətgahına və Nardaran pirinə üz tutur. Qeyri-rəsmi rəqəmlərə görə, ay ərzində təkcə Mir Mövsüm Ağanın qəbrini ziyarət edənlərin sayı 50 min nəfər ətrafındadır. Hər ziyarətçinin orta hesabla 1 manat pulundan keçdiyini nəzərə alsaq, onda ziyarətgahın aylıq gəlirinin təxminən 50 min manat olduğunu güman etmək olar. Bu pulun necə xərcləndiyinə gəlincə, ziyarətgahlarda bildirirlər ki, nəzir pulları əsasən vaxtaşırı həyata keçirilən təmir-bərpa işlərinə, burada çalışan işçilərin əmək haqlarına, eləcə də yoxsul insanlara maddi yardım göstərilməsinə sərf olunur. Məsələn, hər ay 1000-ə yaxın ailə Mir Mövsüm Ağa ziyarətgahından yardım alır və bu işlər mühasibatlıq qaydasında rəsmiləşdirilir. Amma nə gəlirin, nə də ki, göstərilən yardımların məbləği açıqlanmır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirirlər ki, komitənin işi yalnız ziyarətgahı dini icma kimi qeydiyyata almaqdır. Nəzir pulunun necə xərclənməsi isə icmadaxili məsələdir və komitə ona qarışmır.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, ziyarətgahların fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanıb. Bu qaydalara əsasən, bütün ziyarətgahlara QMİ tərəfindən təyinatlar olacaq və bununla da, onların həm fəaliyyəti, həm də yığılan nəzir pullarının hansı istiqamətlərə xərclənməsi nəzarət altında olacaq.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azov dənizində yük gəmisinə PUA hücumu nəticəsində iki nəfər həlak olub
02:05 06.04.2026
Azov dənizində yük gəmisinə PUA hücumu nəticəsində iki nəfər həlak olub
Badamdarda sürüşmə aktivləşdi – Sakinlər narahatdırlar - VİDEO
01:40 06.04.2026
Badamdarda sürüşmə aktivləşdi – Sakinlər narahatdırlar - VİDEO
Dərbənddə bəndin yarılması nəticəsində evlər su altında qalıb
00:52 06.04.2026
Dərbənddə bəndin yarılması nəticəsində evlər su altında qalıb
Masazırda qəbiristanlığı və həyətləri su basdı - VİDEO
00:17 06.04.2026
Masazırda qəbiristanlığı və həyətləri su basdı - VİDEO
Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO
23:45 05.04.2026
Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO
Eldar Əzizov və Zaur Mikayılov həmin evin söküldüyü yerə baxış keçirdilər - Foto
23:43 05.04.2026
Eldar Əzizov və Zaur Mikayılov həmin evin söküldüyü yerə baxış keçirdilər - Foto
Apreldə ən çox stress və depressiya riski olan bürclər açıqlandı
23:36 05.04.2026
Apreldə ən çox stress və depressiya riski olan bürclər açıqlandı
Cəlilabadda küçəyə Murov qəhrəmanının adı verildi - FOTO
23:26 05.04.2026
Cəlilabadda küçəyə Murov qəhrəmanının adı verildi - FOTO
Qusarda evin tək oğlunu sel apardı - VİDEO
23:12 05.04.2026
Qusarda evin tək oğlunu sel apardı - VİDEO
MDU-nun kafedra müdiri dünyasını dəyişdi
22:57 05.04.2026
MDU-nun kafedra müdiri dünyasını dəyişdi
Bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciəti
22:44 05.04.2026
Bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciəti
9-cu sinif şagirdləri üçün buraxılış imtahanları çətin keçib? - VİDEO
22:29 05.04.2026
9-cu sinif şagirdləri üçün buraxılış imtahanları çətin keçib? - VİDEO
Almaniyada güclü külək ağacı aşırıb, üç nəfər ölüb
22:23 05.04.2026
Almaniyada güclü külək ağacı aşırıb, üç nəfər ölüb
BDYPİ yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
22:05 05.04.2026
BDYPİ yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Gəncədə tələbə dəm qazından boğularaq ölüb
21:50 05.04.2026
Gəncədə tələbə dəm qazından boğularaq ölüb
Tramp Hörmüz boğazı açılmasa, İranın elektrik stansiyalarını məhv ediləcəyini bildirib
21:32 05.04.2026
Tramp Hörmüz boğazı açılmasa, İranın elektrik stansiyalarını məhv ediləcəyini bildirib