Ziyarətgaha gedən 90 yaşlı kişi itkin düşdü - FOTO

Ziyarətgaha gedən 90 yaşlı kişi itkin düşdü - FOTO
SOSİAL
11:27 19.07.2018
5462
90 yaşlı Bakı sakini Ağabala Səfərov itkin düşüb.
 
Bu haqda AZXEBER.COM-a onun yaxınları məlumat verib.
 
Onların dediyinə görə, iyulun 1-i evdən çıxan və Mirmövsüm ağa ziyarətgahına gedib: "Ayın 1-i Mirmövsüm ağanın ziyarətindən çıxandan sonra son dəfə Şüvəlan qəsəbəsində Qala dörd yolu deyilən istiqamətdə piyada gedərkən görünüb. Oradan ara məhəllələrə girib və yoxa çıxıb. Əynində göy cins şalvar olub. 
 
Yaxınlarının dediyinə görə. Ağabala Səfərovun yaddaş pozuntusu olub: "Onun yaddaşında problem var idi. Evinin yerini də unudurdu. Başqa sağlamlığında problem yox idi. Görənlərdən xahiş edirik ki, 051-414-44-33 nömrəsi ilə əlaqə saxlasınlar".
 
İtkin düşən şəxsin fotolarını təqdim edirik:
 

 
OXŞAR XƏBƏRLƏR