"Qalatasaray"ın baş məşqçisi Okan Buruk növbəti mövsümdə də Hakim Ziyeşi klubda görmək istəyir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ziyeşin meneceri Səudiyyə Ərəbistan və ABŞ-dən təkliflər alıb.
Amma Burukun klub rəhbərliyinə təqdim etdiyi hesabata əsasən, ərəblər və amerikalılara rədd cavabı verilib.
Bildirilib ki, Ziyeş də "Qalatasaray"la yola davam etmək istəyir və daha yaxşı təklif gəlməsə, klubdan ayrılmayacaq.
Məryəm