Zorla evləndirilən uşağı polislər toy salonundan qaçırmağa nail olublar.
14 yaşlı qız bir gün əvvəl Ankarada qaynar polis xəttinə zəng edərək ailəsi tərəfindən zorla ərə verildiyini bildirib.
Bu məlumat əsasında polisin gizli əməliyyat keçirib və nəticədə 14 yaşlı uşaq xilas edilib.
Qızın valideynləri və 23 yaşlı nişanlısı saxlanılıb. Qız isə Sosial Xidmətin əməkdaşlarının nəzarətilə sığınacağa yerləşdirilib. (publika.az)
///Milli.Az