Zorla ərə verilən 15 yaşlı gəlindən dəhşətli əməl - FOTO

DÜNYA
17:53 11.07.2014
14102
Ötən gün Türkiyədə tükürpədici hadisə baş verib.
Qaziantepdə yerləşən Yuxarı Nasirlı kəndində rəsmi nikah olmadan ərə verilən 15 yaşlı gəlin intihar edib.
Deyilənlərə görə, 3 ay bundan əvvəl ailəsinin təkidilə zorla ərə verilən 15 yaşlı Yeter Aslan ər evində xoşbəxt olmayıb. Çünki sevmədiyi kişiyə verilib. Ailəsinə qarşı çıxa bilməyən yeniyetmə çıxış yolunu həyatdan getməkdə görüb.
Dünən qaynatasıgilə qonaq gedən 15 yaşlı gəlinin ov tüfəngilə güllələnən meyidi tapılıb. Araşdırmalar zamanı gənc gəlinin intihar etdiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
///Anspress
OXŞAR XƏBƏRLƏR