Zorla qaçırılan qız geri qaytarıldı - RƏSMİ

Zorla qaçırılan qız geri qaytarıldı - RƏSMİ
SOSİAL
10:19 11.03.2021
1038
Samux rayon sakini, Vüsal Saadov və iki tanışı tərəfindən məcburi qaçırılan Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Gülər Mirzəyeva ailəsinə təhvil verilib.

Bunu AZXEBER.COM-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib:

"Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, ötən gün G.Mirzəyevanın anası qızının Vüsal adlı şəxs və iki tanışı ilə məcburi qaçırıldığını bildirmişdi.

OXŞAR XƏBƏRLƏR