Zorlama əleyhinə alt geyimi hazırlandı

DÜNYA
11:25 17.01.2014
3119

Təcavüzə məruz qalmaqdan və seksual zorakılıqdan qorxan qadınlar üçün yeni həll üsulu tapılıb.

AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, indi belə təcavüz hallarından qadınları qorumaq üçün Tailandda içində penis olan alt geyimi hazırlanıb.

İçində kişi cinsiyyət üzvünün maketi olan bikinilərə, “kolqotkalara” və yubkalara artıq bu ölkədə maraq get-gedə artmaqdadır.Belə geyimləri “Headmuns Security Pants” firması hazırlayıb. Belə alt geyimlərinin satışının məqsədi onları alıb-geyən xanınların onlara təcavüz etmək istəyən kişilərin həvəsini və marağını öldürməkdən ibarətdir.

Onların fikrincə, qadını zorlamaq istəyən kişi onun əynində bu penisi görəcək və ona olan marağı tamamilə itəcək.Bu barədə reklam filmi də çəkilib. Filmdə oğlan bu cümləni deyir: “Gənc qızı görəndə onu zorlamaq istədim, amma görəndə ki, penisi var, “iştahım” qaçdı”.

OXŞAR XƏBƏRLƏR