45 yaşlı Ahmet Akkaş Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkldaşları tərəfindən saxlanılıb
Azərbaycanda axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb.
“Report”-un verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə axtarışda olan Türkiyə vətəndaşı, 45 yaşlı Ahmet Akkaş “Ford” markalı avtomobili ilə Qaradağ rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkldaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı onun Tovuz Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən axtarşa verildiyi məlum olub.
A.Akkaş polis şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.