Zorlanan tələbə qızlar aksiya keçirdilər VİDEO

DÜNYA
12:09 06.01.2014
3179

Türkiyədə tələbə qızlar ayağa qalxıb

Türkiyənin Aydın vilayətində tələbə qızlar hər gün təcavüzə uğradıqları üçün etiraz aksiyası keçirib. Ans press-in “Milliyyet.com” saytına istinadən verdiyi məlumata görə, Adnan Menderes Universitetinin qız tələbələri özlərini təhlükəsiz hiss etmədiklərini bildiriblər.Qızlar hər gün təhsil ocağına gələrkən müxtəlif problemlərlə qarşılaşdıqlarını, dəfələrlə hücumlara məruz qaldıqlarını bildiriblər. Etirazçalar bildiriblər ki, universitet şəhər mərkəzində yerləşir. Bura isə ucqar kəndlərdən də tələbələr gəlir. Universitetdən çıxanda isə, xüsusiən də qış aylarında və qaranlıq havada başlarına müxtəlif bədbəxtçiliklər gəlir.Berin Alparslan adlı tələbə bildirib ki, universitet yoldaşları dəfələrlə hücumlara məruz qalıblar: “Yoldaşlarımız dəfələrlə hücuma məruz qalıb. Bir çıx tələbə qız zorlanıb, vəhşicəsinə döyülüb və qətlə yetirilib. Universitetdə mühafizə xidməti bizi yalnız burda qoruyur. Universitetdən çıxandan sonra bizim təhlükəsizliyimizə zəmanət verən olmur”.Universitet rəhbərliyi çılğına dönən tələbə qızlarla danışıqlar aparıb və onları sakitləşib. Onların problemlərinin həll ediləcəyi bildirilib.
 

OXŞAR XƏBƏRLƏR