Türkiyənin Bursa şəhərində 16 aylıqkən evlərində baş verən yanğında üzü və əlləri yanan Buse, 8 ildə tam 32 dəfə əməliyyat keçirib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, kiçik qızın üzünün düzəlməsini təmin edəcək əməliyyatın dəyəri isə 300 min dollardan çoxdur.
8 ildir mübarizə aparan Busənin atası, əməliyyat üçün pul yığdığını söyləyib. Busənin atasının sözlərinə görə, qızının üzünün düzəlməsi üçün hələ 30 əməliyyat keçiriləcək.