"Meta” şirkətinin rəhbəri Mark Zukerberqin sərvəti bu il 44 milyard dollar artıb. Bu, digər milyarderlər arasında cari il ən sürətli artımdır.
Bu barədə "Bloomberg” agentliyi məlumat yayıb.
Sahibkar 2022-ci ildə diqqətini bu sahəyə hakim olmaq üçün "metaverse” qurmağa yönəldib. Agentliyin məlumatına görə, hansısa məqamda belə investisiyalar hesabına onun kapitalı 100 milyard dollar azalıb.//azertag