2003-cü ildə Harvardın ikinci kurs tələbəsi Mark Çukerberq "Face mash” adlı proqram tərtib edərək, orada tələbə yoldaşlarının şəkillərini yerləşdirir.
Maraqlıdır ki, şəkilləri ona tələbə yoldaşları verməmişdi. Mark onları yataqxananın şəxsi işlər bazasının saytını sındıraraq əldə etmişdi. Proqramın işə düşməsindən sonra bir saat ərzində səhifələrə baxış sayı 22 mini ötür.
Bir neçə gündən sonra Harvard administrasiyası müəllif hüququ və təhlükəsizlik məsələlərini əsas gətirərək, saytın bağlanmasını tələb edir.
Bu əməlinə görə Mark Çukerberq Harvarddan töhmət alır, lakin qovulmur.
Yolundan dönməyən Mark, 2004-cü il fevralın 4-də Facebook-un əsasını qoyur.
Bundan 6 gün sonra Harvardın 3 yüksək kurs tələbələri – ekiz Kemeron və Tayler Vinklevos qardaşları və Divya Narendra bəyan edirlər ki, Çukerberqlə HarvardConnection.com saytının yaradılması haqqında saziş əldə etmişdilər.
Lakin, Mark danışığı pozub və onların da ideyalarını istifadə edərək Facebook-u yaradıb.
Yataqxana otağından idarə olunan Facebook isə artıq məhşurlaşırdı. İnkişaf imkanlarını görən Çukerberq, Bill Qeyts kimi, 2004-cü ildə Harvarddakı təhsilini dayandırmağı qərara alır.
Facebook komandası düyməni basaraq, saytı daha da populyar edən xəbər lentini (news feed) işə salır.
Facebook "Ərəb bahar”ında üsyanların təşkilində əsas vasitəyə çevrilir.
Evlənmək zamanı da çatdı. Mark tələbə vaxtından aşiq olduğu Prisçila Çanla ailə qurur.
Hazırda şirkətin baş ofisində 2800 nəfər çalışır.
Yazdı: Rəşad Hüseynov
Mənbə: Business Insider