Xalq artisti Zülfiyyə Xanbabayeva şəxsi həyatı ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, sənətçi öz instaqram hesabında həyat yoldaşı Zaur Məmmədovla yeni görüntülərini paylaşıb.
Onların videosu ABŞ-də lentə alınıb.
Xanbabayeva əri ilə çəkilən görüntülərinə, "Bir-birimizdən uzaqda olsaq da...", - sözlərini əlavə edib.
Qeyd edək ki, cütlük uzun müddətdir evlidir. Onların bu nikahdan Dəniz adlı bir qız övladı var. Zaur Məmmədov "Simurq” futbol klubunun eks-prezidentidir.