'Özüm gəlim, ya kimisə göndərəcəksən?'- Vaqif Səmədoğludan ALLAH-a müraciət

MƏDƏNİYYƏT
12:22 07.02.2014
2208

Şair barədə narahat olan sevənləri isə facebook səhifəsində ona dua etdiklərini bildirərək ona Allahdan şəfa arzulayıblar

Azərbaycanın Xalq şairi, hazırda İsraildə xərçəng xəstəliyindən müalicə olunan Vaqif Səmədoğlu sevənlərini kövrəldib.AZXEBER.COM-un xəbərinə görə, şair sosial şəbəkədəki səhifəsində Allaha müraciət etdiyi bir şeir paylaşıb.Şeirdə özü barədə bəzi nigarançılıqlarını ifadə edən Vaqif Səmədoğlunun sözlərində şikayət əlamətləri görünmür.Şair barədə narahat olan sevənləri isə facebook səhifəsində ona dua etdiklərini bildirərək ona Allahdan şəfa arzulayıblar.Vaqif Səmədoğlunun şeirini oxuculara təqdim edirik:Allah, nə var, nə yox?Məndən nə xəbər var?Gecələri özüm sayaram,Üzümə açılacaq neçə səhər var?Bəyənəcəksənmi məni,Bəndəni hansı gözlə görəcəksən?Allah,Özüm gəlim,Ya kimisə göndərəcəksən?İki gün əvvəl isə Xalq şairinin İsraildə son çəkilmiş foto şəkilləri paylaşılıb.

OXŞAR XƏBƏRLƏR