"Dünən Nigar Camalın sözləri mənə aid olan mahnısı çıxıb deyə, bu gün trendin ləğv olunması xəbərini bəzi ikiüzlü artist dostlarım mənə yollayırlar".
AZXEBER.COM xəbər verir ki, bunu Nazilə Səfərli deyib.
O, bəzi dost bildiyi insanları ikiüzlü adlandırıb:
"Deyirlər trend məsələsi ləğv olub. Dünən Nigar Camalın sözləri mənə aid olan mahnısı çıxıb deyə, bu gün trendin ləğv olunması xəbərini bəzi üzümə gülən artist dostlarım mənə yollayırlar. Mənə görə narahat olmayın, mən heç zaman trenddə olmamışam. Amma heç vaxt dəbdən düşmürəm. İllər qabaq Gülyaz Məmmədovanın oxuduğu mənim mahnım olan "Tut yetişəndə gəl bizə", Könül Kərimovanın "Allah bu ceyran hara ceyranıdır?" toylarda trenddədir. Bəyəm mən onları trend üçün yazmışdım? Mənim mahnıma ki, insanlar qol qaldırıb oynayır, mənim toyum da, trendim də, markam da budur. İndi gedin!".
Aysel