Zümrüd: "O günahıma görə hər gün Allah qarşısında cavab verirəm" - VİDEO

MAQAZİN
14:27 19.11.2021
972
ARB televiziyasında yayımlanan "Söhbət var” verlişində qonaq olan teleaparıvı Zümrüd Bədəlova hər gün Allah qarşısında cavab verdiyi bir günahı olduğunu söyləyib.
 
AZXEBER.COM xəbər verir ki, məşhur aparıcı günahını etiraf etmək istədiyini və kiminsə bu düşüncədə olmasını arzulamadığını bildirib.
 
O efir zamanı "Mənə çox deyirlər gülərüzsüz, çox danışırsınız. Yaşamağı çox sevirəm. Çox gülməyimin altında ağlamaq üçün kifayət qədər səbəblər var. Mən hər həftənin 1 gününü özümə ayırmışam ki, saatlarla Allaha dua edim. Dua edirəm ki, mənim etdiyim o günahı bağışlasın. Neçə il bundan öncə həyatımda yaşadığım bir hadisə mənim ən böyük günahım olub ki, mən bunun cavabını o biri dünyada vermək istəmirəm. Fikirləşirəm ki, səbəb nə oldu ki, mən o yola getdim. Hazırda yaşamağa iki əlli bağlanmışam. Hamıya da məsləhətim odur ki, yaşamağı sevsinlər. Mən hər gün o əməlimə görə Allaha cavab verirəm, hər səhər gözümü açanda,hər övladımı qarşımda görəndə. Yaxşı ki, vaxtikən mənə doğru yolu göstərdilər.” – deyə günahının olduğundan danışıb.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR