ARB TV-nin strateji inkişaf direktoru İsmayıl Həsənov aparıcı Zümrüd Qasımovanın telekanaldan getməsi məsələsinə aydınlıq gətirib.
AZXEBER.COM-a açıqlama verən telekanal rəsmisi bunları söyləyib:
"Zümrüd Qasımovanın ARB TV-dəki xidmətləri danılmazdır. Onun aparıcılığı və təqim etdiyi "Gəlin danışaq” verilişi tamaşaçılar tərəfindən daim çox sevilib və maraqla izlənilib. Zümrüd xanımla yollarımızı ayırmağımıza səbəb "Gəlin danışaq” verilişinin sona çatması və yeni mövsümdə ARB TV-nin efir torunda ediləcək böyük dəyişikliklərdir. Sentyabr ayından etibarən, tamaşaçıların qarşısına daha yeni və daha fərqli efir konsepsiyası ilə çıxacağıq”.
İsmayıl Həsənov Zümrüd Qasımova ilə gələcəkdə birlikdə çalışa biləcəklərini də söyləyib:
"Zümrüd xanım insani keyfiyyətləri və peşəkarlığı ilə daim seçilən efir simasıdır. Onunla çalışmaq da bizim üçün çox xoş oldu. Gələcəkdə uyğun bir layihə olsa, Zümrüd xanımla yenidən birgə çalışa bilərik”.