"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının növbəti qonağı müğənni Roza Zərgərli olub.
Sənətçi rubrikanın aparıcısı Ruslan Ağayevin 33 sualını cavablandırıb.
Roza ona ünvanlanan "Namiqlə qalmaqal yaşayaraq reklam qazanmaq istəyin doğrudurmu" sualına belə münasibət bildirib:
"Namiq, keçən dəfə demisən ki, səninlə reklam üçün qalmaqal edirəm. Utanıram yerinə. Özümə səninlə reklam tutacam?"
Qeyd edək ki, ikili arasında gərginliyə səbəb Qaraçuxurlunun Rozanın verilişinə gəlməyə razı olmamasıdır.
///Axşam.az