Əri tərəfindən dönərxananın qarşısında öldürülən qadınla bağlı TƏFƏRRÜAT

SOSİAL
12:43 18.08.2023
980
Avqustun 16-da Salyanda ailə-məişət zəminində baş vermiş qətlin təfərrüatı məlum olub.

Hadisə barədə həyat yoldaşı Qaraş İbrahimov tərəfindən qətlə yetirilən Günel İbrahimovanın yaxınları Baku TV-yə danışıblar.

"Üzümüzə gülüb bacıma iki bıçaq zərbəsi vurdu. Üçüncünü vurmaq istəyəndə qoymadım”, – deyə mərhumun bacısı qeyd edib.

Günel İbrahimovanın anasının sözlərinə görə, qızı həyat yoldaşından boşanmaq istədiyini, lakin Qaraşın onu öldürməklə təhdid etdiyini deyirmiş:
"Dəfələrlə çıxıb yanımıza gəlirdi, mən də ailəsi dağılmasın deyə, öz evinə qaytarırdım”.

Ətraflı videonu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR