“Özün bədən əməliyyatlarından danışırsan, sonra efirləri tənqid edirsən”

“Özün bədən əməliyyatlarından danışırsan, sonra efirləri tənqid edirsən”
MAQAZİN
16:30 25.02.2026
354
 
"Mən verilişlərin bağlanmasını yox, oradakı vəziyyətin nəzarətə alınmasını, düzəlməsini istəyirəm". 
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında musiqiçi Hüseyn Məhəmmədoğlu deyib.
 
Sənətçi bildirib ki, verilişləri bağlamaq mövcud vəziyyətdən çıxış yolu deyil:
 
"Mən verilişlərin bağlanmasını yox, oradakı vəziyyətin nəzarətə alınmasını, düzəlməsini istəyirəm. Mənə görə Mehriban Qəmbərovanın bədənşəkilləndirmə etməsindən efirində danışan Rövşanənin, bu gün hansısa kanalda bu olan hadisələrə etiraz etməsi doğru deyil. İnsan gərək bir istiqamətli olsun. Özün bədən əməliyyatlarından danışırsan, sonra ailə dəyərlərini qoruyursan”.

Hüseyn Məhəmmədoğlu bağlanan verilişlər haqda da danışıb:

"Söhbət sadəcə Tolikin və ya Elgizin verilişindən getmir. Ondan da betər olan verilişlər var ki, onlar da bağlanmalıdır". 
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR