Özündən 53 yaş kiçik sevgilisini məhkəməyə verdi - FOTO
16:09 14.03.2013
1266
Məşhur amerikalı milyarder Corc Soros keçmiş məşuqəsini - 29 yaşlı Adriana Ferreyri böhtana və gecə lampası ilə ona bədən xəsarəti yetirməyə cəhdə görə məhkəməyə verib.AZXEBER.COM-un dünya KİV-lərinə istinadən məlumatına görə, Ferreyr 2011-ci ilin avqustunda milyarderə qarşı 50 milyon dollarlıq məhkəmə iddiası qaldırmışdı. Məşuqənin iddiasına əsasən, milyarder ona Nyu-Yorkda mənzil alacağını boyun olub, lakin vədinə əməl etməyib.Qızın vəkilinin təqdim etdiyi sənədlərdə göstərilir ki, 2010-cu ilin avqustunda isə bu "mənzil mübahisəsi"nin gedişatı zamanı Soros rəfiqəsinin boğazından yapışaraq onu boğmağa çalışıb.Sorosun məhkəməyə təqdim etdiyi sənədlərində isə mübahisənin hələ yataqda uzandıqları zaman başladığı göstərilib. Onun sözlərinə görə, Ferreyr ondan mənzil barədə soruşub, o, da cavabında həmin evdə vaxtilə münasibətdə olduğu başqa qadının yaşadığını bildirib.Soros izah edib ki, ondan 53 yaş kiçik olan Ferreyrlə bir neçə illik intim münasibətləri ərəfəsində hər ikisi başqa insanlarla da görüşüblər.