Cənubi Koreyanın paytaxtı Seul şəhərində özünü yaşayış binasının 13-cü mərtəbəsindən atan qadın işə gedən kişinin üstünə düşüb.
AZXEBER.COM-un oxu.az-a istinadən xəbərinə görə, South China Morning Post nəşri məlumat verir.
Hadisənin hər iki iştirakçısı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Polisin hesabatında bildirilir ki, depressiyadan əziyyət çəkən qadın intihar məqsədi ilə özünü binadan atmışdı.